Skip to main content
Maraqlı Söhbətlər Podkastı

Maraqlı Söhbətlər Podkastı

By Ahmadiyya
Bir neçə gənc axtardıq öz doğma dilimizdə faydalı podkast kanalı tapmadıqdan sonra qərara gəldik ki belə bir kanal yaradaq. Məqsədimiz bu kanalda gündəlik həyatda lazım ola biləcək faydalı biliklər, populyar elm və digər faydalı məlumatları sizə maraqlı formada çatdırmaqdır.
Listen on
Where to listen
Apple Podcasts Logo

Apple Podcasts

Breaker Logo

Breaker

Google Podcasts Logo

Google Podcasts

Pocket Casts Logo

Pocket Casts

RadioPublic Logo

RadioPublic

Spotify Logo

Spotify

Əşşi boş ver hər şey yaxşı olacaq !
Bu podkastda 2 qrup və 4 tip insan və hansının daha uğurlu olmaq şansından sizə danışacam.
03:40
August 29, 2021
Dialoq: Gözləntilər və anlaşılmazlıqlar. Münasibətlərimizdə nələrə fikir verməliyik.
Müansibətlər dedikdə, dostluq, yoldaşlıq və bir az da sevgi məsələlərinə toxunacağıq. Bu podkastda həm öz təcrübəmiz, həm də bəzi araşdırmaların nəticələri ilə sizinlə bölüşəcəyik.
31:47
May 9, 2021
Seçimlərimiz və qərarlarımız. Həyatımızın əsas mexanizmi.
Alternativ variantlar həmişə seçim etməyimizə təsir göstərir. Niyə bəzən seçim etmək çətin olur və nəyə görə biz irrasional qərarlar veririk. Məsələnin psixoloji və şüuraltı tərəflərini aydınlaşdırmağa çalışdıq.
10:31
May 2, 2021
Nələr bizə zərər verir? Bunları hamı bilməlidir.
Ən çox eşitdiyimiz suallardan birinə aydınlıq gətirmək istədik. İstifadə etdiyimiz əşyalar sağlamlığımıza hər hansı bir zərər verirmi? Artıq kimdənsə eşitdiyinizə deyil, elmi araşdırmaların nəticələrinə inanmaq vaxtıdır.
09:46
April 28, 2021
Toxum kitabı - Kraudfandinq nədir, nə işə yarayır və onun dünyada tarixi?
Kitabda sosial sahibkarlıq, kraudfandinq, biznes terminləri haqqında çox maraqlı məlumatlar toplanılıb. Özünüzü ba sahədə görürsünüzsə bu ilk oxumalı olduğunuz kitabdır!
08:26
April 25, 2021
Həyatda kim daha uğurlu olur Yaxşı insan yoxsa Hamını istifadə edən insan?
Bu sual uzun müddətdir ki ağlımda var idi. Görürdüm ki yaxşı insanlardan çox vaxt istifadə edirlər. Onlardan nəisə istəyirlər, bəzi şeyləri onlar istəmədən boyunlarına qoyurlar. Sonda da pis dediyimiz insan qabağa gedir, yaxşı insan isə get gedə çökür. Bu yaxşı insan da ona baxıb düşünür ki gərək yaxşılıq etməzdim, sonra da ümumiləşdirir. Deyir ki, bütün insanlar eynidi. Heç kim yaxşılıq başa düşmür, və beləliklə özü də çevirilir pis, başqa insanlardan istifadə edən insana çünki düşünür ki pis insanlar daha çox və daha tez uğur qazanır. Sual odur ki bu həqiqətəndə mi belədir? Rəy və xoş sözlərinizi aşağıdaki email ünvanına yaza bilərsiniz: maraqlisohbetlerpodkasti@gmail.com
11:57
April 22, 2021
Uğur və Bəxt. Hamı bərabər deyil.
Uğur qazanan insanlar niyə çox nadir hallarda bunu bəxtlə əlaqələndirirlər? Uğursuz olanlar isə əksinə, birmənalı olaraq bəxtinin gətirmədiyini deyir. Bu fenomeni real faktlarla araşdırdıq.
07:14
April 18, 2021
Vendal Djonsonun dəhşətli eksperimenti.
Bir əsrdən çoxdur ki insanın şəxsiyyəti alimlərin diqqətini cəlb edir. İnsanın psixikası və onun şəxsiyyəti haqqında dəqiq məlumatlar əldə etmək üçün çoxlu sayda tədqiqat metodları istifadə olunur. Bu metodlar arasında ən məşhuru psixoloji eksperimentdir. İnsan tarixində çoxlu sayda maraqlı və kifayət gədər şoka salan sosial psixoloji eksperimentlər keçirilib. Bu podkastda Vendal Djonsonun dəhşətli eksperimentindən sizə danışacam.
07:55
April 13, 2021
Özünəinam hissi. Özgüvəni necə qazanmaq olar.
Bütün işlərimizdə, şəxsi həyatda və karyerada uğurlu olmağın ən vacib şərtlərindən biri özgüvən hissidir. Bəs özünəinamı necə formalaşdırmaq olar? İndi biləcəksiniz.
06:59
April 9, 2021
Arqumentasiyanın 8 "cığalçı" texnikaları.
Heç sizdə belə olub ki söhbətdə düzsüz amma necəsə həmişə elə olur ki söhbətin sonunda səhf çıxırsız? Və yaxud bir dənə tanışınız var, nə söhbət olur olsun söhbətin sonunda o həmişə düz çıxır siz isə səhf. Belə insanlar, bəziləri bilə-bilə, bəziləri isə instinktiv olaraq Arqumentasiyanın cığalçı texnikalarını effektiv istifadə etdiklərinə görə çox vaxt özlərini düz çıxarda bilirlər. Belə insanların qurbanı olmamaq üçün bugün Arqumentasiyanın 8 cığalçı texnikası haqqında podkast hazırladıq. Rəy yazmaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz :) https://apple.co/31OcRM1
14:57
April 5, 2021
Pul yığmağı öyrənmək üçün sadə layfxaklar
Deyillər ki həyatda əsas şey pul deyil. Əsas olmasa da həyatımızın 50% dan daha çoxusunu elə pul haqqında düşünürük, pul qazanmağa sərf edirik. Pul qazanmaq isə işin bir hissəsidir. Maliyyənizi düzgün idarə edə bilməsəz elə həmişə pulunuz nəyəsə çatışmayacaq, borclarnan yatıb duracaqsınız.
09:36
March 10, 2021
Sağlamlıq və enerji haqqında maraqlı vərdişlər əldə edə biləcəyimizin 5 sadə yolu.
Sağlam yaşamaq və bədənimizdə balans yaratmaq düşündüyümüz qədər çətin deyil. Bu podkastda sağlamlıq haqqında faydalı vərdişlər yaratmağın 5 yolunu sizinlə bölüşürük.
10:47
March 4, 2021
Dünyanın sonuna 100 saniyə...
Bu podkast bir gün hər şeyin sonunun gələ biləcəyini anlamağımız üçündür.
10:43
March 1, 2021
Produktivliyimizi artırmaq üçün 11 biznesxak.
Hər bir işini çatdıran, hər zaman produktiv və motivasiyalı qalan insanı indiki zəmanədı çox nadir hallarda tapa bilərik. Bu podkastda hazırladığımız biznes xaklar, şəxsi və iş həyatımızda olan rutin tapşırıqlara daha az vaxt sərf edərək etməli olduğumuz, amma çox da istəmədiyimiz işə qarşı daha həvəsli olmağa kömək edəcək.
07:30
February 25, 2021
Skevomorfizm. Bu sizə tanış gəlir?
Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox əşya texnologiyanın inkişafı sayəsində ortaya çıxıb. Bəs bu əşyaların niyə məhz bu görkəmdə və formada olduğunu düşünmüsünüzmü? Skevomorfizm bunun izahını verəcək.
08:46
February 23, 2021
Şirin Podkast. Faydalı “zərərli” qida.
Şəkərin sağlamlığa zərəri haqqında xəbərləri demək olar ki, hər gün oxuyur və eşidirik. Bununla belə 99% halda şirin bir şey yeməkdən özümüzü saxlaya bilmirik. Səbəb isə beynimizin içindədir.
06:10
February 19, 2021
Müsahibə zamanı tez-tez verilən 12 sual və onlara cavab
Tez-tez olur ki hər hansı bir sahədə yüksək təcrübəmiz olsa da iş müsahibəsində yaxşı göstərə bilmirik. Bu məsələdə sizə bir az dəstək olmaq üçün bu podkastda 12 tez-tez verilən sualları və onlara düzgün cavabları topladıq. 
12:16
February 18, 2021
Biomimikriya. Oğurla və tətbiq et.
Həyat təcrübəmizdə oğurluğun ən müxtəlif növləri ilə rastlaşırıq. Amma, yalnız bir növ oğurluq var ki, cinayət sayılmır, cəzalandırılmır və uğurlu olduqda mükafatlandırılır.
09:07
February 15, 2021
"Yox" deməyi niyə bacarmırıq?
Niyə bəzi insanlara bu sözü demək çətin olur? Bunun səbəbi nədir? Bunu özümüzdə dəyişməsək nə baş verə bilər?
07:05
February 11, 2021
Qanlı Podkast. Mürəkkəb sistemin populyar elmi izahı.
İnsan orqanizmi çox mükəmməl və eyni zamanda mürəkkəb bir sistemdir. Bu sistemin hərəkətverici mayesi olan qanın tərkibi və özəlliklərini bu podkastımızda analiz edəcəyik.
09:47
February 8, 2021
Müsahibə: Kraudfandinq və Sosial layihələr.
Kraudfandinq zaman keçdikcə dünyada daha da trendə düşür. Ona görə hər hansı biznes üçün büdcə tapmaq elə də çətin deyil. Azərbaycanda belə platform artıq işləyir. Bu platformdan hər birimiz necə faydalana bilərik bu podkastda Toğrulnan birgə sizə danışırıq.
30:17
February 7, 2021
Bürclərə hələ də inanırsınız?
Bürclərə inanmaq olar mı? Onların dəqiq olduğunu təsdiqləyən araşdırmalar mövcuddur mu? Bu podkastda məşhur araşdırmaları sizinlə bölüşürük.
09:17
February 7, 2021
Kosmosla bağlı 10 populyar mif.
İnsan yarandığı gündən indiyə qədər hər zaman ən müxtəlif miflərə inanıb və inanmaqda davam edir. İlk olaraq bu miflərin kosmosla bağlı olanlarını aydınlaşdıraq.
06:06
February 7, 2021
Zehnimizi itiləşdirmək üçün 7 “lifehack”.
Beynimiz mükəmməl bir sistemdir, amma, heç də hamımız onu lazımınca istifadə edə bilmirik. Daha az oxuyub, daha çox yadda saxlamaq və zehnimizi effektiv işlətmək üsullarını bu podcastda nəzərdən keçirəcəyik.
05:02
February 7, 2021
Diqqətimizi gücləndirmək üçün 8 üsul.
Elə gün olur ki hər şey çatdırırıq, elə gün də olur ki heçnəyə vaxtımız çatmır. Məsələ bizim nə dərəcədə diqqətli olmağımızdadır. Diqqətimiz yaxşı səviyyədə olsa qısa zamanda daha çox iş çatdıra bilərik.  Sual odur ki bəs diqqətimizi necə inkişaf elətdirək?
06:48
February 7, 2021
Plastiklər: Qlobal ekoloji problem haqqında reallıq
Ekoloji problemlərin kökündə duran real səbəblər və onların həlli yolları. Obyektiv yanaşma.
09:46
February 7, 2021
Həvəsimizi artırmağın 13 üsulu !
Həvəsimi aşağı olanda və ya ümumiyyətlə olmayanda heçnə etmək istəmirik. Hədəflərimizi atırıq qırağa və həvəsi sanki gələcəyini gözləyirik. Bu podkastda həvəsimizi bərpa etmək üçün effektiv üsülları sizin üçün yığdıq ki artıq gözləməyəsiniz, özünüz hərəkət edib onu bərpa edəsiniz. 
08:57
February 7, 2021
Tesey Paradoksu
Tesey paradoksu nədir? Nə vaxt qarşımıza çıxır?
04:11
February 7, 2021
Manipulyasiya etməyin 12 yolu
Bu podkastda sınaqdan keçmiş manipulyasiya texnikalarını sizinlə bölüşürəm. Əsas məqsədim odur ki bunları bilib daha heç kim bu texnikaları istifadə edən insanlara aldanmasın, daha hazırlıqlı olsun.
07:04
February 7, 2021
Beynimiz necə işləyir ?
Ən az öyrənilmiş orqanımız haqqında nə bilirik? İnsan beyninin neçə faizini işlədir və onun iş prinsipi necədir?
04:27
February 7, 2021
Gələcəyə hazır olmaq üçün nə etməliyik ?
2020-ci il çoxlu "surprizlər" gətirdiyi üçün indi daha çox insan gələcəyi sorğulayır: - Gələcəkdə məni nə gözləyir? Ona hazır olmaq üçün mən nə etməliyəm Bu podkastda çalışdım, üzdən olsa da, bu sualı cavablandırım.
13:30
January 13, 2021
2021-ci ildə daha çox kitab oxumaq üçün 14 üsul !
Hamımızın başına gəlib - Yeni il qabağı söz vermişik ki gələn il daha çox kitab oxuyacağıq. Niyəsə amma sözümüzün üstündə dura bilmirik.  Bunu etmək üçün 14 yolu podkastda sizinlə paylaşıram.
19:19
January 5, 2021