Niftiyevin bloqu
By Niftiyevin bloqu
Niftiyevin bloquMay 18, 2024
Elmi məqalələr haqqında bir neçə söz
Budəfəki audio-podkast elmi məqalələrlə maraqlananlar üçündür. Çalışdım ki, elmi məqalələrə maraq göstərən və onları yazmağa çalışanlara bəzi əsas ismarışlarımı ötürüm. Haqqında bəhs etdiyim hər bir şey öz şəxsi təcrübəmə əsaslanır.
Filmlər - Avqust-Oktyabr 2023
Budəfəki audio-podkast 2023-cü ilin avqust və oktyabr aylarında izlədiyim filmlərin təhlilinə həsr olunur.
Elias - Casusluğun digər simaları
Budəfəki audio-podkast Elias serialı haqdadır.
Təhsildə qiymətləndirmə: nə, necə və harada?
Budəfəki podkast epizodu ali təhsil, eləcə də ümumiyyətlə təhsildə qiymətləndirmə (yaxud da imtahan) haqdadır. Düşünürəm ki, dinləyicimlərimin əsasən gənclər və tələbələr olduğunu nəzərə alsaq, bu haqda fikirlərim müəyyən şəxslərə maraqlı gələ bilər. Onu da qeyd etməliyəm ki, bu yaxınlarda bir onlayn kursda iştirak etməyə başlamışam və bu da məni bu mövzuda öz fikirlərimi formalaşdırmağa çox böyük təkan verdi.
Filmlər - Aprel-İyul 2023
Budəfəki audio-podkast 2023-cü ilin aprel və iyul aylarında izlədiyim filmlərin təhlilinə həsr olunur.
Daxildəki ada
"Daxildəki ada" filmi haqqında fikirlərimi budəfəki audio-podkast vasitəsi ilə dinləyə bilərsiniz.
Yüksək qəsrdəki adam
Budəfəki audio-podkast "Yüksək qəsrdəki adam" (The Man in the High Castle) adlı serial və roman haqdadır. Olduqca maraqlı janr və əsər haqda müqayisəli perspektivdən yanaşaraq, müsbətlər və mənfilər, eləcə də öyrənə biləcəklərimiz haqda dinləmək istəsəniz, buyurun.
Avropa Yenidənqurma və İnkişaf Bankının yeni (2022-23) keçid hesabatı haqqında | İqtisadiyyat
Bu podkastda Avropa Yenidənqurma və İnkişaf Bankının yeni keçid hesabatını dəyərləndirdim.
Bitmiş münasibətlər muzeyi | Hekayə-podkast
"Bitmiş münasibətlər muzeyi" Niftiyevin bloqunda ilk hekayə-podkastdır. Cari material mənim 2022-ci ilin dekabr ayında Zaqreb şəhərinə etdiyim səyahətdən ilham alaraq hazırlanıb. Təsvirlər tamamilə real hadisələr və bədii çalarların sintezi əsasındadır. Başqa sözlə, bu işi dinləyərək həm həqiqətdə mövcud olan "Bitmiş münasibətlər muzeyi" haqda məlumatlar əldə edəcəksiniz, həm də mənim şəxsi təəssüratlarımı və qiymətləndirmələrimi eşidəcəksiniz. Bütün dinləyənlərə öncədən təşəkkür edirəm! Qeyd: dinləyərkən qulaqlıqdan istifadə etmək məsləhətdir.
Filmlər - Yanvar-Mart 2023
Budəfəki buraxılış 2023-cü ilin Yanvar-Mart ayları ərzində izlədiyim dörd film haqqındakı fikirlərim haqqındadır.
Əhməd Həmid ilə fəlsəfə və fəlsəfə təhsili haqqında | Söhbət
Fəlsəfə bəşəriyyətin sahib olduğu ən qəribə və ən mühüm şeylərdən biridir. Fəlsəfə insanlara çox şey bəxş edib və onu daim nəzər-diqqətimizdə saxlamalıyıq. Gənc filosof və fəlsəfə təhsili alan birisi kimi Əhməd Həmidlə söhbət etmək bu baxımdan çox maraqlıdır.
P.S. Texniki səbəblərə görə səs keyfiyyəti bir qədər aşağıdır.
Kanada haqqıda bildiklərimiz və bilmədiklərimiz: Gülər Qasımova ilə söhbət | Söhbət
Budəfəki audio-podkast Kanada ilə əlaqədardır və qonağım dəyərli Gülər Qasımova oldu. Kanadaya miqrasiya, orada təhsil və gündəlik həyatın gizlin qalmış yönlərini müzakirə etdik və mən də öz növbəmdə dörd il yarımlıq xaricdə yaşamaq təcrübəmlə müqayisələr apardım. Kanada çoxlarının marağında olan bir ölkədir və son dövrlərdə azərbaycanlıların sıx miqrasiya etdiyi yerdir. Əminəm ki, Kanada və ümumiyətlə miqrasiya haqda hələ bilmədiyimiz şeylər çoxdur. Odur ki, bu audio-podkast çoxları üçün faydalı ola bilər. Dəvətimi qəbul etdiyi üçün Gülərə çox minnətdaram və bütün işlərində ona uğurlar arzu edirəm.
Daha yaxşı komediya izlə: Loudermilk
"Loudermilk" digər sitkomlardan fərqlidir. İlk növbədə, o qaranlıq komediya janrındadır. Düşündürücülüyü və realizmi izləyiciyə olduqca xoş təsir edə bilərsə də, heç də hamı tərəfindən bəyənilməyə bilər. Son dövrlər izlədiyim ən yaxşı komedik serialdır. Ətraflı yeni audio-podkastımda danışdım.
Cənubi Qafqaz və Vişeqrad regionunda əməyin məhsuldarlığı: yeni tədqiqat
Bu audio-podkastda həmsöhbətim Seqed Universitetinin iqtisadiyyat üzrə doktorantı Vüsal Əhmədovdur. Vüsal bu yaxınlarda "Croatian Economic Review" elmi jurnalında dərc etdirdiyi məqaləsi ilə Cənubi Qafqaz və Vişeqrad regionlarını əməyin məhsuldarlığı, struktur dəyişikliyi və iqtisadi siyasət perspektivlərindən qiymətləndirib. Düşünürük ki, mövzu təkcə iqtisadçılar və biznes mütəxəssislər üçün deyil, həm də Cənubi Qafqaz regionunu ona olduqca yaxın Mərkəzi və Şərqi Avropa regionu ilə müqayisəli şəkildə başa düşmək istəyənlər üçün də maraqlı olacaq. Vüsalın məqaləsinə keçid aşağıda yerləşdirilib.
Structural Change and Economic Growth in Visegrad and South Caucasian Countries - https://hrcak.srce.hr/clanak/417778 yaxud da ResearchGate platformasında.
Almaniyada yaşamaq, yoxsa yaşamamaq? | Söhbət
"Niftiyevin bloqu" bu aduio-podkast ilə Almaniyada yaşayan parlaq gənclərimizdən olan Cələl Hüseynbəyli ilə olan səmimi söhbəti təqdim edir. Onunla Almaniyada təhsil, yaşamaq və iş təcrübəsi haqda müzakirələr apardıq. Bəzi stereotiplər və gündəlik həyatın az bilinən yönlərinə işıq tutduq. Cəlal olduqca intellektual və çoxşaxəli tərzdə öz Almaniya təcrübəsini bölüşdü. Düşünürük ki, bu audio-podkast Almaniyada yaşamaq istəyənlər üçün maraqlı gələcək və orada yaşayanların da marağına səbəb olacaq. Maksimum dərəcədə sərbəst və səmimi mühitdə hazırladıq ki, dinləyicilər maraqla dinləyə bilsinlər.
Xarici dil öyrənmək üçün az bilinən metodlar | Şəxsi inkişaf
Xarici dil öyrənmək, ələlxüsus da söz bazasını zəginləşdirmək və müəyyən vacib məqamlar haqqında bu podkastı hazırladım ki, məndən tez-tez soruşulan bəzi sualları cavablandırmış olum. Əlbəttə ki, insan zəhmətinin yerini hər hansısa qeyri-adi metod və ya üsul tuta bilməz. Yenə də müəyyən şeylər sizə faydalı ola bilər. Odur ki, aşağıdan podkastı dinləyə bilərsiniz.
Uğur üçün bacarıqlar: iş yerləri necə dəyişir?
Bu audio-podkast günbəgün dəyişən əmək bazarı tələblərinə dair nəhəng onlayn kurs platformalarından olan Coursera-nın dərc etdiyi hesabatın ümümi qiymətləndirməsidir. Çalışdım ki, hesabatın əsas məğzini azərbaycan dilində qısaca xülasələşdirim. Düşünürəm ki, bu mövzu postpandemiya və beynəlxalq hərbi münaqişələr dövrünün özü ilə birlikdə gətirdiyi çox ciddi makroiqtisadi qeyri-sabitlik dövründə olduqca aktualdır. Hesabatın başlığı: The Job Skills 2023: The Fastest-Growing Job Skills for Businesses, Governments, and Higher Education Institutions (hesabat əsasən bizneslər, tədqiqatçılar və hökümət nümayəndələri üçün əlçatandır).
Yeni başlayanlar üçün kriptovalyutalar | Söhbət
Bu audio-podkastda Seqed Universitetinin kompüter elmləri üzrə doktorantı və gənc tədqiqatçısı Ülvi Şəkixanlı ilə kriptovalyutalar və onların ticarətinə dair bəzi məsələləri müzakirə etdik. Bu sahənin mütəxəssisi olmasaq da, Ülvi Şəkixanlının şəxsi təcrübəsi bir çox məqamlara aydınlıq gətirmək üçün çox faydalıdır. Odur ki, əgər növbəti suallar sizi də düşündürürsə dinləmək üçün çox gözləməyin: Kriptovalyutalar nədir? Bu sistemin riskləri, qazancları və etibarlılığı hansı səviyyədədir? Yeni başlayanlar nələrə fikir versinlər? Kriptovalyutaların ümumilikdə perspektivləri nələrdir və Azərbaycan üçün əhəmiyyəti nədir? Kimlər bu işlə məşğul olsun/olmasın? və s. Podkastın bu mövzu ilə maraqlananlar və kriptovalyuta ticarətinə yeni başlayanlar üçün maraqlı gələcəyini düşünürük. Dinlədiyiniz üçün öncədən təşəkkür edirik.
İnişerinin Banşiləri filmi haqqında | Kitablar və filmlər
Bu audio-podkast İnişerinin Banşiləri (2022) adlı film haqqında təəssüratlarımıdır.
Diqqət, çəkirəm! Süni intellektin gözü ilə siz! | Gündəm
Bu dəfə həm Azərbaycanda, həm də digər ölkələrdə sosial fenomenə çevrilən və bum effekti yaradan Lensa təbiqetməsinin "Sehrli avatarlar"-ı haqqında bəhs etdim. Süni intellekt, maşın öyrənməsi və insanların özlərni yeni gözlə görmək istəyi nələrə səbəb olub? Nələr yaxşı, nələrsə pisdir? Cari audio-podkast kiçik araşdırmanın nəticəsində ərsəyə gəldiyinə görə, aşağıda istifadə etdiyim mənbələrin siyahısını tapa bilərsiniz.
Mənbələr:
1. Why It's So Hard to Resist Turning Your Selfies Into Lensa AI Art – https://time.com/6240648/lensa-ai-psychology-behind/
2. The viral AI avatar app Lensa undressed me—without my consent - https://www.technologyreview.com/2022/12/12/1064751/the-viral-ai-avatar-app-lensa-undressed-me-without-my-consent/
3. Lensa’s Magic Avatars Explained – https://prismalabs.notion.site/prismalabs/Lensa-s-Magic-Avatars-Explained-c08c3c34f75a42518b8621cc89fd3d3f
4. People Have Raised Serious Concerns About The AI Art App That’s All Over Your Instagram Feed –https://www.buzzfeednews.com/article/kelseyweekman/ai-art-app-lensa-instagram-photo-trend-problems
5. LENSA IS USING YOUR PHOTOS TO TRAIN THEIR AI, SO BE CAREFUL – https://www.artmajeur.com/en/magazine/2-art-news/lensa-is-using-your-photos-to-train-their-ai-so-be-careful/332581
6. Lensa, the AI portrait app, has soared in popularity. But many artists question the ethics of AI art – https://news.yahoo.com/lensa-ai-portrait-app-soared-013038652.html?guccounter=1&guce_referrer=aHR0cHM6Ly93d3cuZ29vZ2xlLmNvbS8&guce_referrer_sig=AQAAALJesBC0PtUBGG5mYK-4zsGLv6o_4QMHqpZM-xQiIJ2uzs3M_hXT2jdxUfh-kvsRQ_0BlOAZTO-qhZv_b9bw21gZeRcNCl5mslbzyqWLKWETtwQxUlPibwHugJF-I89FQIq47Ydt2BacHwk7Sgr1nkCwdrxIbaY-Z4A7fWwxkVvL
2022-ci ildə oxuduğum 31 kitab | Filmlər və kitablar
Bu audio-podkast 2022-ci ildə oxuduğum kitablar haqqında təəssüratlarımı və fikirlərimi əhatə edir.
Üç min illik həsrət, 25-ci saat, Sınmış çiçəklər | Kitablar və filmlər
Son vaxtlar izlədiyim son üç film haqda danışdım. Filmlər: Üç min illik həsrət, 25-ci saat, Sınmış çiçəklər