Skip to main content
Qıy Vaar!

Qıy Vaar!

By Qıy Vaar!

Seks,seksuallıq,seksual həzz və sağlamlıq,kuir-feminist aktivizminə aid podkast seriyası.
Available on
Apple Podcasts Logo
Google Podcasts Logo
Pocket Casts Logo
RadioPublic Logo
Spotify Logo
Currently playing episode

Transfobiya, trans icmalarına dövlət və polis basğısı | Vüsalə Hacıyeva & Əli Məlikov

Qıy Vaar!Sep 21, 2021

00:00
41:09
Hornet davaları: tanışlıq proqramları necə işləyir?

Hornet davaları: tanışlıq proqramları necə işləyir?

Aparıcımız Ömər Məmməd və aktivist Əli Məlikov Azərbaycanda tanışlıq proqramları haqda söhbət ediblər. Onlar tanışlıq proqramlarının yol açdığı mənfi və müsbət halları danışıblar.

Apr 22, 202420:10
Azərbaycanda kuir ədəbiyyat nümunələri və kuir yazarlıq | İlqar Aydın & Ömər Məmməd

Azərbaycanda kuir ədəbiyyat nümunələri və kuir yazarlıq | İlqar Aydın & Ömər Məmməd

Azərbaycan ədəbiyyatında LGBTQ+lər necə təmsil olunur? Ədəbiyyatımızda habsı kuir nümunələr var? Bu haqda yazıçı İlqar Aydınla söhbət etmişik! 🎙️

Apr 15, 202414:53
Onlayn LGBTQ+ aktivizmi | Sosial mediada nələrlə qarşılaşırıq? | Ömər & Əli Məlikov

Onlayn LGBTQ+ aktivizmi | Sosial mediada nələrlə qarşılaşırıq? | Ömər & Əli Məlikov

Salam, balam! Bu dəfəki epizodumuzda sosial mediada LGBTQ+ fərqindəliyi üçün çalışarkən nələrlə qarşılaşa biləcəyimizi, onlayn aktivizmin əhəmiyyətini və necə dövr etdiyini danışacağıq. Qonağımız isə Əli Məlikovdur. Əli deyir ki, uzun müddətdir ki, kuir-feminist gündəmi dijitallaşdırır. Biz ondan bu prosesdə nələr yaşadığını soruşduq.
Mar 27, 202434:07
Danışılmayan Aseksuallıq

Danışılmayan Aseksuallıq

"Qıy Vaar!" uzun müddətdən sonra yayımınl bərpa edir! Bu dəfə spikerimiz Ömər, Rzaya zəng etdi və ondan aseksual təcrübələrini soruşdu. Aseksuallar Azərbaycandakı LGBTQ+ icması içərisində görünürdürmü? Aseksuallıq nədir? Aseksuallıqdan necə danışıl(mır)ır? - bunları soruşdu. Qulaqlıqlarınızı taxın, qeybət var 💃🏳️‍🌈
Mar 25, 202425:38
Masturbasiya hekayələrimiz | Nərmin Şahbazova & Əli Məlikov

Masturbasiya hekayələrimiz | Nərmin Şahbazova & Əli Məlikov

Bu podkastda masturbasiya hekayələrimiz, masturbasiya tabuları və bədənlərimizi əlləmək haqda biraz qeybətləşdik.
Oct 12, 202228:08
LGBTQ jurnalistika və azad media | Sevgi İsmayılbəyli & Əli Məlikov

LGBTQ jurnalistika və azad media | Sevgi İsmayılbəyli & Əli Məlikov

Bir müddətdir sosial mediada, xüsusən azad media nümayəndələri tərəfindən danışılan "Media Haqqında qanun" 08 fevral .2022 tarixindən etibarən rəsmi olaraq qüvvəyə mindi. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq Kütləvi informasiya vasitələri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə kütləvi informasiya vasitələrinin əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları artıq konkret şəkildə dövlət maraqlarına uyğun bir şəkildə formalaşdırılmağa cəhd ediləcək. Belə ki, artıq jurnalistlər gizli çəkilişləri “günahkarların” icazəsi olmadan paylaşa bilməyəcək, küçədə baş verənləri, bölmələrdə qadınları öldürən polislərin kefi istəməsə, çəkə bilməyəcək və s.

Bu epizodda mediada LGBTQ təmsilçiliyi ve kuir jurnalist olmaq haqda Sevgi ilə danışacağıq.
Jul 02, 202220:57
Azərbaycanda seks işçisi olmaq və dövlət repressiyası | Sənan & Əli Məlikov

Azərbaycanda seks işçisi olmaq və dövlət repressiyası | Sənan & Əli Məlikov

Seks işçiliyi sahəsində çalışan insanlar üçün, “seks işi” termininin istifadəsi əmək nöqteyi-nəzərindən ödənişli cinsi xidmət məsələsini müzakirəyə açmışdır. “Seks işi” termini əmək haqqı qarşılığında müxtəlif formalarda seksuallıq sahəsində çalışan insanları əhatə edir və seks işini xidmət sektorunun bir qolu hesab edilir. Azərbaycanda seks işçiliyi ilə bağlı qəbul edilən qanunlar havada qaldığı üçün seks işçilərinə polislərin müdaxilələri, LGBTQ+ ovları, dövlət basğıları dəfələrlə yaşanmış haldır. Öncədən məlumatlandırmaq istəyirəm ki, bu epizodda narahatedici hallar barəsində danışılacaq. Əgeər xəbərdarsınızsa, davam edə bilərik. Bu epizodun qonağı Sənandır.

Jun 30, 202234:12
Azərbaycanda lezbiyanların icmalaşma problemi | Mofu & Əli Məlikov

Azərbaycanda lezbiyanların icmalaşma problemi | Mofu & Əli Məlikov


Binar cəmiyyətlərdə genderlərimiz, cins və cinsi oriyentasiyalarımız həyatımızla birgə binarlaşdırılır, əlimizdən alınmağa cəhd edilir. Qadın olaraq təyin olunan və/və ya qadın olan, yaxud da hansısa periodda qadın sosiallaşması yaşamış şəxslərin seksuallığı patriarx sistem tərəfindən 2-ci plana atılır. Bəzən də heç göstərilmir. Bu epizodda lezbiyan görünürlüyü, qeyri-binar lezbiyanlıq və lezbiyan icmanın səfərbərlik problemləri haqda podkastımızın illustratoru da olan Mofu ilə danışacağıq.

Aparıcı: Əli Məlikov
Qonaq: Mofu
Jun 26, 202221:37
İİV və QİÇS: İİV fobiya və stereotiplər | Ayxan Osmanlı & Əli Məlikov

İİV və QİÇS: İİV fobiya və stereotiplər | Ayxan Osmanlı & Əli Məlikov

İİV/QİÇS daşıyıcısı olan fərdlərlə işləyən qurum və komandaların azlığı İİV/QİÇS haqqında olan stereotiplərin artmasına səbəb olur. Azərbaycanda daşıyıcıların sosializasiya və ictimailəşməsi üçün yeganə yer rəsmi QİÇS mərkəzi olduğu üçün İİV-ə yoluxmuş şəxlər arasında sosiallaşma olduqca məhduddur. İİV/QİÇS-lə bağlı məlumatsızlıq yoluxmuş fərdlərə qarşı fobiyalar yaradır. Podkastımızda qonağımızla İİV/QİÇS ilə bağlı dezinformaisya və mifləri araşdıracayıq. Biz həmçinin mövzu ilə bağlı hökümətin daşıdığı vəzifələri icra edib-etməməsi barədə danışacağıq.
Jun 07, 202235:30
"Qıy Vaar!" qayıdış elanı

"Qıy Vaar!" qayıdış elanı

"Qıy Vaar!"-ın yaxın gələcəyi ilə bağlı host Əli Məlikov və illustrator Mofu dinləyicilərə məlumat verir.

May 25, 202201:54
Veqan kuir-feministlər, ətin seksual siyasəti, eko-feminizm | Turana Raven & Əli Məlikov

Veqan kuir-feministlər, ətin seksual siyasəti, eko-feminizm | Turana Raven & Əli Məlikov

Heyvanların ölü bədənlərini necə istifadə edəcəyimizi öyrəndiyimiz kimi qəzəbi də necə idarə edəcəyimizi öyrəndik.Yara-bərədir,dəyişimdir demişkən sağ qaldıq və böyüdük deyə ancaq lordun nitqi ilə queer veganlar epizoduna başlayırıq.Epizodun qonağı isə Turanadır.
Nov 11, 202127:41
Kuir makiyaj bloggeri | Emilian & Əli Məlikov

Kuir makiyaj bloggeri | Emilian & Əli Məlikov

Makiyaj ilk olaraq gözlərə çəkilən sürmə kimi olmağa başlayır, daha sonra fərqli formalarda fərqli mədəniyyətlərə assossasiya edir və bəzi insanların, performansların, məkanların əvəzolunmaz hissəsinə çevrilir. Bir çox mövzuda olduğu kimi makiyaj və ya makiyaj etmək, makiyaj işi, salonları da Azərbaycanda stereotiplərlə varlığını qoruyur. Bu gün kuir kimlik və makiyaj, kuir makiyaj bloggerliyi haqda danışacağımız epizodun qonağı Emiliandır.
Oct 23, 202126:25
Təhsil sistemi və LGBTİQ+lər | Miray Dəniz & Əli Məlikov

Təhsil sistemi və LGBTİQ+lər | Miray Dəniz & Əli Məlikov

Təhsil sistemində kuirlərin görünürlüyü necədir? Məktəb və universitetlərdə var olma mübarizəmiz və ayrı-seçkiliklər haqda danışdığımız epizodun qonağı Dənizdir.
Oct 14, 202148:56
Bi+ görünürlüyü, bifobiya və monoseksizm | Lina & Əli Məlikov

Bi+ görünürlüyü, bifobiya və monoseksizm | Lina & Əli Məlikov

İnsanlar içərisində bi+lər birbaşa olaraq homoseksual və ya heteroseksual olaraq təqdim edilərkən bir çoxlarımız insanların biseksual olacağı ehtimalını da düşünmürük. Məcburi heteroseksuallığın və monoseksizmin insanları çərçivələdiyi bir dövrdə bundan çətinlik çəkən icmalardan biri də bi+lərdir. Bi+ siyasəti yetəri qədər aktiv deyil, biseksuallıq aktivizm panelində yetəri qədər danışılmır, material və müzakirələr hazırlanmır. Monoseksizmin patriarxiya və heteroseksizmlə zəncir kimi bağlı olduğunu danışdığımız epizodun qonağı Linadır.
Oct 08, 202128:26
Kuir miqrasiyası | Rəvan Nəsimi & Əli Məlikov

Kuir miqrasiyası | Rəvan Nəsimi & Əli Məlikov

Növbəti epizod "Kuir miqrasiyası"-dır. "Haçan miqrasiya edə bilərik?", "Sığınacaq və hüquq işləri necədir?", "Getdiyimiz yerdə kuirfobiya görə bilərik?" kimi suallarınız varsa, qulaqlarınızı açın, kuir miqrant olmaq və miqrasiya haqda danışdığımız seriyanın qonağı Rəvan Nəsimidir.
Sep 28, 202129:42
Qəhbə utandırma (slut-shaming) nədir? | Nərmin Şahmarzadə & Əli Məlikov

Qəhbə utandırma (slut-shaming) nədir? | Nərmin Şahmarzadə & Əli Məlikov

Slut-shaiming nədir? Kim slut-shaming edir və kimlər məruz qalır? Bu mövzular haqda danışdığımız seriyanın qonağı Nərmindir. Epizod boyu harada və necə "qəhbə", "petux", "pozğun" kimi damğalanmağa məruz qaldığımız, ifadələrin iqtidarını öldürmək, dolayı və birbaşa yolla olunan qəhbə ayıblama (yaxud da slut-shaming) barəsində danışmışıq.
Sep 24, 202149:39
Transfobiya, trans icmalarına dövlət və polis basğısı | Vüsalə Hacıyeva & Əli Məlikov

Transfobiya, trans icmalarına dövlət və polis basğısı | Vüsalə Hacıyeva & Əli Məlikov

İnstitusional transfobiya nədir? Trans icmaları nə üçün görünür ola bilmir? suallarını müzakirə edəcəyimiz epizodun qonağı Vüsalədir. Seriya boyu Azərbaycanda trans icmalarının üzləşdiyi problemlərdən bəzilərini, səbəbləri və LGBTİQ+ icmasına qarşı olan dövlət, polis basğıları, transfob məkanlar, son illərdə bloqqer və jurnalistlərin adı ilə olunan hücumlar haqda danışmışıq.
Sep 21, 202141:09
Salaam, a dostlar!

Salaam, a dostlar!

Podkastın girşi üçün subtitr:

Salam, millət. Podkast seriyasına başlamadan əvvəl kiçik bir tanışlıq etmək istəyirəm. Mən özümü biləndən bəri ən üzdəniraq mövzularda danışmaq, fikir mübadiləsi etmək marağımda olub. Bir müddətdir ki, daimi olaraq queer-feminist podkastları dinləyirdim, nəhayətində özüm də başlamaq qərarına gəldim. İlk cəhtimdir deyə azca həyacanlı və təcrübəsiz ola bilərəm, lakin ilərləyən dəqiqələrdə bir-birimizə tam öyrəşəcəyimizə əminəm.   Onda seks, seksuallıq, seksual həzz və sağlamlıq, aktivizm, gündəmimizə oturan və ya oturmalı olan havadan-sudan qeybət yaxud da kefimizə düşən temalarda mövzuların öznələri ilə danışacağımız "Qıy vaar!" queer-feminist podkast seriyasına xoş gəlibsiniz.

Sep 14, 202100:42